Aİ-də diplomatik xidmətin islahatı müzakirə olunur

1 Min Read

Financial Times qəzetinin məlumatına görə, Avropa İttifaqına üzv ölkələr Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) fəaliyyəti ilə bağlı narazılıqlar fonunda qurumun köklü islahatını müzakirə edirlər.

Mənbələrin bildirdiyinə görə, bəzi ölkələr EEAS-ın səlahiyyətlərinin bir hissəsinin üzv dövlətlərə verilməsini və qurumun rəhbəri Kaia Kalasın səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdən keçirirlər.

Müzakirələr çərçivəsində EEAS-ın dünya üzrə nümayəndəlikləri üzərində nəzarətinin zəiflədilməsi və strukturun yenidən təşkil edilməsi təklif olunur. Tərəfdarlar hesab edirlər ki, bu addımlar büdcə xərclərini azaltmağa və bürokratik yükü yüngülləşdirməyə kömək edəcək.

Bəzi Aİ ölkələri qurumun funksiyalarının milli xarici işlər nazirlikləri və digər Avropa institutları ilə üst-üstə düşdüyünü, həmçinin koordinasiya çatışmazlığının mövcud olduğunu bildirirlər. Mənbələr Kaia Kalasın bəzi hallarda üzv ölkələrlə əvvəlcədən razılaşdırılmamış mövqelər səsləndirdiyini də qeyd edirlər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş