Melaniya Tramp Ağ Evdə arıçılıq proqramı üçün arıxana qurub

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Melaniya Tramp Ağ Evın cənub çəmənliyində bal istehsalı və arıçılıq proqramlarının genişləndirilməsi məqsədilə arıxana yaradıb.

Ağ Evin mətbuat xidmətinin bəyanatında bildirilir ki, yeni arıxananın illik bal istehsalını təxminən 30 funt artıracağı gözlənilir.

Məlumata görə, istehsal olunan bal Ağ Ev yeməklərində, Prezident və birinci xanım üçün rəsmi hədiyyələrdə, eləcə də yerli xeyriyyə mətbəxlərinə qida ianələrində istifadə olunacaq.

Qeyd olunur ki, arıxana həm də təhsil məqsədi daşıyacaq. Ziyarətçilər arı koloniyalarının fəaliyyəti, tozlanma prosesi və qida istehsalı haqqında məlumat əldə edə biləcəklər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş