Cənubi Koreya polisi 3 iyunda keçirilən yerli seçkilər zamanı bir sıra məntəqələrdə bülleten çatışmazlığı ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) axtarış aparıb.
Yonhap agentliyinin məlumatına görə, 100-ə yaxın polis əməkdaşı MSK-nın Qvaçeondakı qərargahı və Seuldakı regional ofislər də daxil olmaqla yeddi ünvanda əməliyyat keçirib. Bülleten çatışmazlığı səbəbindən ölkə üzrə 26 seçki məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Hadisə ilə bağlı narazı vətəndaşlar Seulda səslərin sayıldığı məkanın yaxınlığında təkrar səsvermə tələbi ilə etiraz aksiyaları keçirirlər.
Polis həmçinin qalmaqala görə istefa vermiş MSK-nın keçmiş sədri No Te-ak barəsində axtarış orderi alıb. Komissiya əməkdaşları səhlənkarlıq və seçki qanunvericiliyinin pozulmasında şübhəli bilinirlər.
Seul meri seçkilərində müxalif Vətəndaş Gücü Partiyasının namizədi Oh Se-hun 2 faizdən az səs fərqi ilə qalib gəlib.
İzmedia.az
![]()

