Islamic Revolutionary Guard Corpsun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən gəmilərə qarşı qətiyyətli tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Bu barədə İranın Al-Alam telekanalı məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, İran qüvvələri Hörmüz boğazına nəzarəti davam etdirir və hər hansı keçid cəhdinə dərhal reaksiya verəcək.
Məlumata görə, daha əvvəl İran hərbçiləri bir tankerin boğazdan keçməsinin qarşısını almaq üçün atəş açıb. Hadisə Sirik sahillərində baş verib və ərazidə partlayış səslərinin eşidildiyi bildirilib.
Qeyd edək ki, İranın Fars Körfəzi Müşahidə İdarəsi Hörmüz boğazının növbəti xəbərdarlığadək bütün gəmilər üçün bağlandığını təsdiqləyib.
İzmedia.az
![]()

