RIA Novostinin əldə etdiyi məhkəmə sənədinə əsasən, ABŞ Prezidenti Donald Trumpın administrasiyası Vaşinqtondakı John F. Kennedy Center for the Performing Arts ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verib.
Sənədə görə, iş üzrə bütün cavabdehlər mayın 29-da qəbul edilən qərarın ləğvi üçün Kolumbiya Dairəsi üzrə ABŞ Apelyasiya Məhkəməsinə müraciət ediblər.
Bundan əvvəl Vaşinqton məhkəməsi Trampa Konqresin razılığı olmadan Kennedi Mərkəzinin adını dəyişməyi qadağan etmişdi. Həmçinin binanın şərq fasadında görünən Tramp soyadının götürülməsi tələb olunmuşdu.
Məhkəmə, eyni zamanda, iyul ayında başlanması planlaşdırılan təmir işləri səbəbilə teatrın bağlanmasına da icazə verməmişdi.
İzmedia.az
![]()

