İran böhranı səbəbindən dünya şirkətləri 25 milyard dollar itirdi

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, İran ətrafında yaranan gərginlik qlobal biznesə artıq 25 milyard dollardan çox əlavə xərc yaradıb. Reuters-in korporativ hesabatlara əsaslanan analizinə görə, ən böyük zərbə hava nəqliyyatı sektoruna dəyib.

Məlumata əsasən, Toyota, McDonald’s və Procter & Gamble kimi nəhəng şirkətlər də daxil olmaqla yüzlərlə beynəlxalq korporasiya itkilər barədə hesabat verib. Ümumilikdə ən azı 279 şirkət artan xərclər və maliyyə çətinlikləri ilə üzləşib.

Xüsusilə ağır vəziyyət aviadaşıyıcı şirkətlərdə qeydə alınıb. Hesabatda bildirilir ki, hava nəqliyyatı sektoru ümumi itkilərin təxminən 15 milyard dollarını formalaşdırıb.

Analitiklər bildirirlər ki, əsas səbəblər enerji qiymətlərində kəskin artım, təchizat zəncirində fasilələr və Ormuz boğazı ətrafında yaranan geosiyasi risklərdir.

Şirkətlər zərəri azaltmaq üçün qiymətləri artırır, istehsalı ixtisar edir, divident ödənişlərini dayandırır və işçi sayını azaldır.

Ekspertlərin fikrincə, maliyyə nəticələrinə əsas təsir 2026-cı ilin ikinci yarısında daha aydın hiss olunacaq. Avropa və Asiya ölkələri isə enerji idxalından yüksək asılılıq səbəbindən daha çox risk altındadır. Neftin 100 dolları keçməsi qlobal iqtisadi sabitlik üçün əlavə təzyiq yaradır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş