Reuters agentliyinin 12 iyun tarixli məlumatına görə, amerikalı sahibkar Elon Musk SpaceX şirkətinin IPO-sundan sonra dünya tarixində ilk trilyoner olub.
Məlumata əsasən, SpaceX-in 11 iyunda keçirilən ilkin kütləvi təklifində rekord həcmdə — 75 milyard dollar vəsait cəlb edilib. Bu göstərici investorların şirkətə və Maskın layihələrinə yüksək marağını ortaya qoyub.
Bildirilir ki, Maskın sərvətinin əsas hissəsi hazırda SpaceX-də cəmləşib və onun şirkətdəki payı təxminən 866 milyard dollar dəyərində qiymətləndirilir.
Forbes və Reuters-in hesablamalarına görə, Tesla və digər aktivlərlə birlikdə Maskın ümumi sərvəti səhmlərin ticarətə çıxması ilə 1,1 trilyon dolları keçəcək.
İzmedia.az
![]()

