Tayland Kral Sarayı Bürosunun məlumatına görə, Bajrakitiyabha Mahidol Banqkokda vəfat edib.
Açıqlamada bildirilib ki, həkimlərin bütün səylərinə baxmayaraq, şahzadənin vəziyyəti tədricən ağırlaşıb. O, iyunun 11-də, saat 19:48-də King Chulalongkorn Memorial Hospitalda 47 yaşında dünyasını dəyişib.
Məlumata görə, şahzadə 2022-ci il dekabrın 15-dən etibarən ürək xəstəliyi səbəbindən huşsuz vəziyyətdə xəstəxanada müalicə alırdı.
Qeyd edək ki, o, 2022-ci ildə Nakhon Ratchasima əyalətində itlərini məşq etdirərkən huşunu itirmiş və sonradan Banqkokdakı xəstəxanaya köçürülmüşdü.
Maha Vajiralongkornın böyük qızı olan şahzadə uzun illər süni tənəffüs aparatı ilə həyatda saxlanılırdı.
İzmedia.az
![]()

