Fox News müxbiri Jennifer Griffinin məlumatına görə, ABŞ qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməyə cəhd edən iki İran dronunu zərərsizləşdirib.
Jurnalist X sosial şəbəkəsində mənbəyə istinadən bildirib ki, İranın boğazda kommersiya gəmiçiliyinə hücum cəhdi qeydə alınıb və buna cavab olaraq ABŞ qüvvələri iki kamikadze dronunu vurub.
Məlumata görə, hadisəyə baxmayaraq, Hörmüz boğazında gəmi hərəkəti hazırda normal şəkildə davam edir.
İzmedia.az
![]()

