ABŞ-İran memorandumunda nüvə ilə bağlı konkret razılaşma yoxdur

1 Min Read

The Guardian qəzetinin diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ və Iran arasında hazırlanan anlaşma memorandumunda nüvə proqramı ilə bağlı konkret razılaşmalar yer almır.

Mənbənin sözlərinə görə, sənəddə əsasən nüvə məsələsi və dondurulmuş İran aktivləri ilə bağlı gələcək danışıqlar üçün mexanizmlər nəzərdə tutulub.

Bildirilib ki, memorandumda həmçinin Hörmüz boğazının minalardan təmizlənməsi üçün son tarix müəyyən ediləcək. Bu müddət başa çatana qədər ABŞ-ın İranın dəniz blokadasını davam etdirəcəyi qeyd olunur.

Diplomatın sözlərinə görə, sənədin əsas parametrləri bir neçə həftə əvvəl razılaşdırılıb. Bununla belə, danışıqların uğurla yekunlaşacağına dair zəmanət yoxdur və uğur ehtimalı 50 faiz qiymətləndirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş