Dünyanın ilk tam elektrikli TaxiBot-u istifadəyə verildi

1 Min Read

Interesting Engineering nəşrinin məlumatına görə, Amsterdam Airport Schiphol hava limanında dünyanın ilk tam elektrikli TaxiBot avtomobili istifadəyə verilib.

Bu sistem sərnişin təyyarələrini mühərrikləri işə salınmadan uçuş-enmə zolağına aparmağa imkan verir. Layihə Airbus, easyJet, Menzies Aviation və Smart Airport Systems ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Yeni elektrikli sistem Airbus A320 ailəsinə aid təyyarələrin hərəkəti üçün nəzərdə tutulub. Təyyarənin mühərrikləri yalnız uçuşdan dərhal əvvəl işə salınır və TaxiBot birbaşa pilot tərəfindən kokpitdən idarə olunur.

Sistem saatda 42 kilometr sürət yığa bilir. Xüsusilə Schiphol-un ən uzaq uçuş zolağı olan Polderban istiqamətində yanacaq qənaətinin 65 faizə qədər çatdığı bildirilir.

Yeni texnologiya yanacaq sərfiyyatını, karbon emissiyalarını və səs-küyü azaltmaqla yanaşı, hava limanı əməkdaşları üçün iş şəraitini də yaxşılaşdırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş