ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsində paylaşım edərək, ABŞ-ın İrana 300 milyon dollar ödəyəcəyi ilə bağlı iddiaları təkzib edib.
Tramp bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmamağa razılaşıb və bu barədə yayılan məlumatlar Demokratların yaydığı yalan xəbərlərdir.
ABŞ prezidentinin açıqlamasının İranın mümkün yeni razılaşma çərçivəsində 300 milyard dollarlıq yenidənqurma fonduna çıxış əldə edə biləcəyi ilə bağlı xəbərlərə cavab olduğu ehtimal edilir.
“Financial Times” yazıb ki, Tramp administrasiyası İran üçün nəzərdə tutulan 300 milyard dollarlıq fondun hökumətlər deyil, ölkəyə investisiya yatırmaq istəyən özəl şirkətlər vasitəsilə maliyyələşdirilməsini təklif edib.
Qəzetin məlumatına görə, İranın bu fonda çıxışı yeni müqavilənin şərtlərinə əməl etməsindən asılı olacaq. Fondun ölkənin yenidən qurulması və modernləşdirilməsinə dəstək verməsi planlaşdırılır.
İzmedia.az
![]()

