Netanyahu növbəti seçkilərdə iştirak edəcəyini açıqlayıb

1 Min Read

 

İsrailin Baş naziri Benjamin Netanyahu növbəti parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Netanyahu mətbuat konfransında bildirib ki, qarşıdan gələn seçkilərdə iştirak edib qalib gəlmək, yeni hökuməti formalaşdırmaq və ona rəhbərlik etmək niyyətindədir.

Bundan əvvəl onun rəhbərlik etdiyi Likud partiyası da Netanyahunun payızda keçiriləcək seçkilərdə namizəd olacağını bəyan etmişdi. ABŞ Prezidenti Donald Trump isə daha əvvəl verdiyi açıqlamada onun yenidən namizədliyinə şübhə ilə yanaşmışdı.

Netanyahu ilk dəfə 1996-cı ildə İsrailin baş naziri olub və o vaxtdan bəri bir neçə hökumət formalaşdırıb. O, ümumilikdə 18 ildən artıq baş nazir postunda qalaraq ölkə tarixində rekord göstəriciyə imza atıb.

Hazırkı hökumət 2022-ci ilin noyabr seçkilərindən sonra sağçı və ultra-ortodoks qüvvələrin iştirakı ilə Likud partiyası ətrafında qurulan koalisiya əsasında formalaşıb.

İsrail parlamenti olan Knessetin səlahiyyət müddəti 4 ildir. Parlament vaxtından əvvəl buraxılmasa, növbəti seçkilərin 27 oktyabr 2026-cı ildə keçirilməsi nəzərdə tutulur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş