Ukrayna Aİ-yə üzvlük üçün bütün şərtləri yerinə yetirməyə hazırdır

1 Min Read

 

Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Taras Kachka bildirib ki, Kiyev Avropa İttifaqına üzvlük üçün həm mövcud, həm də gələcəkdə müəyyən ediləcək bütün şərtləri yerinə yetirməyə hazırdır.

“Evropeyskaya Pravda”nın məlumatına görə, Kaçka Aİ üzv ölkələrinə Ukraynanın üzvlük şərtlərini indiki və gələcək dəyişikliklər nəzərə alınmaqla qəbul etdiyini təsdiqləyib. O qeyd edib ki, Ukrayna danışıqlar prosesinin ara və yekun meyarlarına əməl etməyə də rəsmi razılıq verib.

Bununla Kiyev Aİ-yə tamhüquqlu üzvlük danışıqlarına başlayıb və iyunun 15-də beş əsas sahəni əhatə edən ilkin danışıqlar klasterini açıb. Bu sahələrə ədalət, azadlıq və təhlükəsizlik, fundamental hüquqlar, maliyyə nəzarəti, dövlət satınalmaları və statistika daxildir.

Danışıqlar çərçivəsində Ukrayna qanunvericiliyini Aİ standartlarına uyğunlaşdırmaq üçün 33 fəsildən ibarət danışıqlar prosesini həyata keçirməlidir.

Bundan əvvəl The Guardian Avropa mənbələrinə istinadən yazmışdı ki, Ukrayna üzvlük danışıqlarına başlamaq üçün tələb olunan islahatların təxminən 15 faizini tamamlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş