İran G7 sammitində əsas mübahisə mövzusuna çevrilib

1 Min Read

 

İran məsələsi Fransada keçirilən G7 sammitinin ən mübahisəli mövzularından birinə çevrilib. Bloombergin məlumatına görə, sammit iştirakçıları İranla bağlı ortaq mövqe formalaşdırmaqda çətinlik çəkirlər.

Nəşrin həmsöhbətinin sözlərinə görə, G7 ölkələri İran ətrafındakı vəziyyət və gələcək addımlarla bağlı vahid yanaşma müəyyənləşdirə bilməyib. Bu səbəbdən yekun birgə bəyanatın qəbul olunacağına inam zəifdir.

Mənbə bildirib ki, G7-nin Avropa üzvləri ABŞ Prezidenti Donald Trumpın Hörmüz boğazında gəmiçiliyin həftə sonuna qədər tam bərpa olunacağı ilə bağlı nikbin proqnozunu bölüşmür.

Qeyd olunur ki, Avropa ölkələri minaların təmizlənməsi və patrul missiyalarında iştirakla bağlı qərar verməzdən əvvəl ABŞ-İran razılaşmasının detalları barədə aydınlıq gözləyirlər.

Digər yüksəkvəzifəli mənbənin sözlərinə görə, boğazdan yük daşımalarının əhəmiyyətli şəkildə bərpası təxminən iki həftə çəkə bilər, əvvəlki səviyyəyə qayıdış isə daha uzun müddət tələb edəcək.

Məlumata əsasən, ABŞ-İran memorandumu çərçivəsində Tehran 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərdən ödəniş almayacaq. Vaşinqton bu müddəanın yekun razılaşmada yer almasını istəyir.

The New York Times isə yazır ki, ABŞ rəsmiləri gəmiçiliyin tam bərpası ilə bağlı fərqli vaxt proqnozları irəli sürür.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş