Livanın cənubunda 1100 tondan çox partlayıcı maddə istifadə olunub

1 Min Read
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Əli əl-Tahir yüksəkliyində yerləşən “Hizbullah” təşkilatının strateji yeraltı tunel kompleksini məhv etmək üçün kütləvi əməliyyat keçirib. Əməliyyat zamanı 1100 tondan çox partlayıcı maddədən istifadə edilib.
Partlayışın yaratdığı güclü zərbə dalğası ABŞ Geoloji Xidməti (USGS) və Livanın Seysmoloji Mərkəzi tərəfindən 4,1 bal gücündə seysmik hadisə (süni zəlzələ) kimi qeydə alınıb. Yeraltı təkanlar Livanın cənubunda, o cümlədən 40 kilometr aralıda yerləşən Sayda şəhərində hiss olunub.
İsrail hərbi komandanlığının məlumatına görə, məhv edilən 2 kilometrdən çox uzunluğa malik tunel şəbəkəsi “Hizbullah”ın “Badr” regional diviziyasının komanda mərkəzi funksiyasını daşıyıb. Kompleksin daxilində çoxlu sayda raketlər, dronlar, tankəleyhinə silahlar və uzunmüddətli sığınacaq sistemləri aşkar edilərək zərərsizləşdirilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş