Ursula von der Leyen 2029-cu ildə Avropa Komissiyasının prezidentliyi uğrunda üçüncü dəfə namizədliyini irəli sürməyi planlaşdırmır.
Bu barədə Politico öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, bu açıqlama Avropa Komissiyası prezidentinin ofisinin rəhbəri Byorn Seybert tərəfindən yüksək vəzifəli məmurlarla qapalı görüş zamanı səsləndirilib.
Məlumata görə, bu addım Avropa Komissiyasında planlaşdırılan struktur dəyişikliklərinin hakimiyyətin fon der Leyenin əlində daha çox cəmləşdirilməsi ilə bağlı narahatlıqları azaltmaq məqsədi daşıyır.
Nəşr xatırladır ki, Aİ müqavilələri Komissiya prezidentinin səlahiyyət müddətinin sayına məhdudiyyət qoymur. Lakin növbəti seçkilər zamanı fon der Leyenin 70 yaşı olacaq.
Bundan əvvəl “Politico” Avropa Komissiyasının investisiyalar üzrə yeni Baş Direktorluq yaratmağı nəzərdən keçirdiyini və bunun fon der Leyenin idarəçilikdə təsirini artıracağını yazmışdı.
İzmedia.az
![]()

