“BBC News”un məlumatına görə, Böyük Britaniyanın Baş naziri Endi Börnhem İngilis Kanalı (La-Manş) vasitəsilə kiçik qayıqlarda həyata keçirilən qanunsuz miqrasiyaya qarşı davamlı mübarizə aparılacağını bəyan edib. Doverdə çıxış edən Baş nazir insan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplara qarşı tədbirlərin sertləşdirildiyini vurğulayıb. Bu çərçivədə Milli Cinayətkarlıqla Mübarizə Agentliyində (NCA) müvafiq sahə üzrə çalışan əməkdaşların sayı 376-dan təxminən 800 nəfərə çatdırılıb, oxşar addımlar Fransa tərəfindən də atılıb.
Börnhem sərhəd nəzarətinin bərpa edilməsinin vacibliyini və həqiqi sığınacaq axtaranlar üçün təhlükəsiz marşrutların yaradılmalı olduğunu bildirib. Rəsmi statistikaya əsasən, bu ilin başlanğıcından bəri La-Manş vasitəsilə gələnlərin sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 43% azalıb. Ötən il qaçaqmalçılıq şəbəkələrinin 300-dək üzvü həbs edilib, 1100-dən çox qayıq və mühərrik müsadirə olunub. Buna baxmayaraq, Börnhem baş nazir olduqdan sonra keçən iki həftə ərzində boğazı 2000-dən çox miqrant keçib.
İzmedia.az
![]()

