Associated Press agentliyinin məlumatına görə, İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində azı bir nəfər ölüb, onlarla insan yaralanıb.
Məlumata əsasən, zəlzələ ölkənin bir neçə bölgəsində hiss olunub və ardınca güclü afterşoklar qeydə alınıb. İlkin təkanın bir dəqiqədən çox davam etdiyi bildirilir.
Zəlzələnin episentri təxminən 400 min əhalisi olan Palu şəhərindən 43 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.
Bundan əvvəl, iyunun 16-da European-Mediterranean Seismological Centre Yaponiyanın Honshu adası sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alındığını açıqlamışdı.
İzmedia.az
![]()

