Kamçatkadakı Asaçinski qızıl mədənində baş verən partlayış nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.
Bu barədə Kamçatka Regional Fəlakət Tibbi Mərkəzindən “İnterfaks”a bildirilib. Məlumata görə, xəsarət alanların vəziyyəti stabil-ağırdır. Hazırda onların quru və ya hava nəqliyyatı ilə təxliyə edilməsi məsələsi müzakirə olunur.
Qeyd edək ki, Asaçinski yatağı Cənubi Kamçatka bölgəsindəki əsas qızıl yataqlarından biridir.
İzmedia.az
![]()

