Quldurlar ekskavatorla bankomat oğurlayıblar

1 Min Read

 

Britaniyanın Kembricşir qraflığında quldurlar oğurlanmış ekskavatordan istifadə edərək bankomatı binanın divarından qoparıblar.

The Sun qəzetinin məlumatına görə, hadisə gecə saatlarında baş verib. Təhlükəsizlik kameralarına düşən görüntülərdə maskalı şəxslərin ekskavatorla bank filialına yaxınlaşaraq bankomatı yerindən çıxardıqları, daha sonra onu avtomobilə yükləyib hadisə yerindən uzaqlaşdıqları əks olunub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və ekskavatorun da oğurlandığını ehtimal edir.

İlkin məlumata görə, bankomatda on minlərlə funt sterlinq olub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş