Londonun Finçli bölgəsində sinaqoqa hücum cəhdi ilə bağlı iki nəfər həbs edilib

1 Min Read

London Polisi şəhərin şimalındakı Finçli bölgəsində yerləşən sinaqoqa qarşı hücum cəhdi ilə bağlı iki nəfərin həbs edildiyini bildirib.

Məlumata görə, 47 yaşlı qadın və 46 yaşlı kişi saxlanılıb.

Hadisə antisemit nifrət cinayəti kimi qiymətləndirilib. Polis qeyd edir ki, gecə yarısı tünd geyimli və balaklava taxmış iki şəxs əllərində şüşə və kərpiclə binaya yaxınlaşıb.

Şübhəlilər hadisə yerindən qaçsalar da, daha sonra həbs ediliblər. Hadisə zamanı yanğın baş verməyib, xəsarət alan və dağıntı qeydə alınmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş