Moskva genişmiqyaslı dron hücumuna məruz qaldı

1 Min Read

 

Rusiya paytaxtı Moskva müharibənin başlanmasından bəri Ukraynanın ən böyük hava hücumlarından biri ilə üzləşib. BBC-nin məlumatına görə, paytaxt və ətraf ərazilərə 200-ə yaxın dron zərbəsi endirilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, hücum nəticəsində 17 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində ölkə ərazisində təxminən 1000 dron və 4 Ukrayna qanadlı raketinin məhv edildiyini açıqlayıb. Rostov vilayətində yerləşən neft anbarına zərbə nəticəsində isə bir nəfər ölüb.

Ukrayna Prezidenti Volodymyr Zelenskyy Moskva bölgəsinə qarşı yeni “uzunmüddətli sanksiyalar” tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, bu hücum ötən həftə Kiyevə edilən zərbələrə cavab xarakteri daşıyır.

Zelenski vurğulayıb ki, Ukrayna müharibə istəmir, lakin ölkə hücuma məruz qalarsa, cavabsız qalmayacaq.

Hücum nəticəsində Moskvanın cənub-şərqində yerləşən Kapotnya neft emalı zavodunda yanğın baş verib. Hadisədən sonra bəzi uçuşların ləğv edildiyi bildirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş