İstanbulda 7 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb, axtarış-xilasetmə əməliyyatları yekunlaşıb

1 Min Read

TRT Haber telekanalının məlumatına görə, İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli yaşayış binasının altdakı 3 mərtəbəsinin qəfil çökməsi nəticəsində həyatını itirənlərin sayısı 5 nəfərə yüksəlib. Dağıntılar altından müxtəlif dərəcəli bədən xəsarətləri ilə ümumilikdə 10 sakin xilas edilərək xəstəxanalara yerləşdirilib.

Fəlakətin ilk anlarından etibarən Türkiyə Fövqəladə Hallar Agentliyinin (AFAD), itfayə və tibb xidmətlərinin 770-dən çox heyəti, xüsusi təlim görmüş axtarış itləri və ağır texnikası əraziyə cəlb olunub. Son sakinin də cansız bədəninin çıxarılması ilə axtarış-xilasetmə mərhələsi rəsmən başa çatıb. Qonşu binalar təhlükəsizlik məqsədilə təxliyə edilib. Hadisə ilə bağlı başlanan məhkəmə-istintaq tədbirləri çərçivəsində binanın mimarı və şantiye rəhbəri gözaltına alınıb, ərazidəki təhlükəsizlik kameralarının qeydləri və binanın qanunsuz mərtəbələri haqqında iddialar araşdırılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş