Baş nazir Benyamin Netanyahuya yaxın yüksək vəzifəli İsrail rəsmisi də daxil olmaqla iki İsrail rəsmisi Reuters agentliyinə bildirib ki, İsrail Livanın cənubunda qoşun yerləşdirməyə davam etmək üçün ABŞ ilə danışıqlar aparır.
Rəsmilər anonimlik şərti ilə açıqlama verərək bildiriblər ki, bu müzakirələr ABŞ və İran arasında “Livanın ərazi bütövlüyü və suverenliyinin qorunması” ilə bağlı müvəqqəti razılaşma imzalandıqdan bir gün sonra aparılır.
İsrail rəsmilərinin sözlərinə görə, 2 martdan sonra Hizbullahın İsrailə atəş açmasından sonra İsrail Livanın cənubunda hərbi əməliyyatlarını genişləndirib. Tel-Əviv bu əməliyyatların məqsədinin Hizbullahı zəiflətmək olduğunu iddia edir.
Rəsmilər həmçinin İsrailin Livan, Qəzza və Suriyada nəzarət etdiyi əraziləri “bufer zona” kimi gördüyünü və baş nazir Netanyahunun geri çəkilmə çağırışlarını qəbul etmədiyini bildiriblər.
Yüksək vəzifəli İsrail rəsmisi ABŞ ilə “gərgin danışıqlar” aparıldığını, İsrailin Litani çayının cənubunda mövqelərini qorumaqda israrlı olduğunu qeyd edib.
Digər israilli rəsmi isə nəticənin ABŞ prezidenti Donald Trampın prosesi necə davam etdirəcəyindən və İsrailin müvəqqəti razılaşma şərtlərinə əməl etməməsi halında mümkün addımlarından asılı olacağını bildirib.
İzmedia.az
![]()

