İsrailin keçmiş diplomatı Alon Pinkas “Al Jazeera”ya müsahibəsində bildirib ki, İsrail rəhbərliyinin Qəzzada bəyan etdiyi “tam qələbə” məqsədi mövcud şərtlər daxilində real görünmür.
Pinkasın sözlərinə görə, İsrailin bu məqsədə çatmasının yeganə yolu bütün Qəzza zolağının tamamilə işğal edilməsidir ki, bu da bölgədə baş verən hər şeyə görə birbaşa məsuliyyəti İsrailin üzərinə qoyur. O, həmçinin beynəlxalq Sülh Şurasının səylərinin kağız üzərində qaldığını və faktiki olaraq heç bir neticə vermədiyini qeyd edib.
Diplomat Qəzza əhalisinin başqa ərazilərə köçürülməsi ideyasını da tənqid edərək bunun həm mənəvi, həm də praktiki baxımdan mümkünsüz olduğunu vurğulayıb. O qeyd edib ki, infrastrukturu tamamilə dağıdılmış bölgədə iki milyona yaxın insan sığınacaq, qida və kənd təsərrüfatı imkanlarından məhrum vəziyyətdə yaşayır və bu şəraitdə etnik təmizləmədən danışmaq real deyil.
İzmedia.az
![]()

