Nyu-Yorkun Tayms meydanında silahlı insident: bir nəfər saxlanıldı

1 Min Read

 

ABŞ-ın New York City şəhərində yerləşən Times Square ərazisində atışma baş verib.

CBS News-un yerli polisə istinadən yaydığı məlumata görə, hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Nyu-York Polis Departamenti bildirib ki, insidentdən sonra əraziyə çoxsaylı hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.

Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Saxlanılan şəxsin 18 yaşdan kiçik olduğu qeyd edilir.

Hazırda polis hadisədə iştirak ehtimalı olan digər şəxslərin axtarışını davam etdirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş