Venesuelada zəlzələnin fəsadları araşdırılır

1 Min Read

Venesuela Qırmızı Xaç Cəmiyyəti Venesuelada baş verən zəlzələdən sonra qurbanların sayı və dağıntıların miqyası ilə bağlı rəsmi məlumatların hələ də məhdud olduğunu açıqlayıb.

Təşkilat bildirib ki, hazırda humanitar təsirin tam miqyası qiymətləndirilir. Ölənlər, köçkünlər və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumatlar hələ formalaşmayıb.

Məlumata görə, zəlzələ nəticəsində yaşayış və kommersiya binalarına ciddi ziyan dəyib. Paytaxt Karakasın bəzi ərazilərində tikililərin uçması barədə məlumatlar daxil olub, bir sıra bölgələrdə isə infrastruktur zərər görüb.

Bundan əlavə, bəzi yaşayış məntəqələrində elektrik və rabitə kəsintiləri qeydə alınıb. Qırmızı Xaç hava limanı və xəstəxanalar da daxil olmaqla, vacib sosial infrastruktura ciddi ziyan dəydiyini bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş