Fox News xəbər verir ki, Donald Trump administrasiyası nüvə proqramı ilə bağlı yeni pilotsuz uçuş aparatının uğurlu hazırlanması və sınaqdan keçirildiyini açıqlayıb.
Məlumata görə, süni intellekt, qabaqcıl superkompüter texnologiyaları və 3D çap imkanlarından istifadə edilərək nüvə başlığı daşıya bilən dron hazırlanıb və sınaqdan keçirilib.
“Ayres Tayd” adlanan layihə ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası tərəfindən həyata keçirilir. Qurğu uçuş zamanı nüvə silahlarına təsir edən vibrasiya yüklərini və yüksək temperatur şəraitini simulyasiya etmək üçün hazırlanıb.
Qurumun rəhbəri Brandon Williams bu sınaqları tarixi mərhələ adlandıraraq onların əhəmiyyətini Manhetten Layihəsi ilə müqayisə edib. O bildirib ki, bu texnologiya süni intellekt vasitəsilə ABŞ-ın nüvə arsenalının inkişafını və idarə olunmasını sürətləndirə bilər.
Bundan başqa, iyunun 9-da ABŞ Hərbi Hava Qüvvələrinin yeni “Qiyamət” təyyarəsi olan E-4C üçün 2,2 milyard dollar tələb etdiyi açıqlanıb. Büdcə sənədlərinə əsasən, 2027-ci maliyyə ili üçün nəzərdə tutulan maliyyələşmə bu il ayrılan vəsaiti 23,2 faiz üstələyir.
İzmedia.az
![]()

