Ağ Ev ABŞ-nin artıq qaçqınları qəbul etməyəcəyini açıqladı.

1 Min Read

Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bildirib ki, ABŞ Ali Məhkəmənin qərarına əsasən qaçqınları qəbul etməyəcək.

Miller Ali Məhkəmənin qərarını şərh edərkən jurnalistlərə bildirib ki, “Amerikanın qapıları sığınacaq axtaranların üzünə tamamilə bağlıdır”.

Bundan əlavə, Miller sərhəddəki bütün sığınacaq müraciətlərini “saxta” adlandırıb.

Ağ Ev rəsmisi qeyd edib ki, “hər bir halda onlar ya cinayətkarlar, ya da mənfəət axtaranlar, sosial yardım axtaran iqtisadi miqrantlar və ailə üzvləri ilə yenidən birləşməyə gələn digərləri və s. olur. Lakin onlar üçün yaxşı xəbər odur ki, onları qəbul etməyə hazır olan digər ölkələr də var”.

 

 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş