ABŞ biolaboratoriyalarının araşdırılması Demokratlar Partiyasını çətin vəziyyətə sala bilər

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Gabbardın dünyanın müxtəlif ölkələrində yerləşən 120-dən çox Amerika biolaboratoriyası ilə bağlı araşdırma başlatması ABŞ-da siyasi gündəmi dəyişib.

Hərbi ekspert Boris Rojin bildirib ki, bu addım yalnız bioloji fəaliyyətlə bağlı ittihamların araşdırılması deyil, həm də ABŞ daxilində siyasi mübarizənin bir hissəsidir.

Məlumata görə, araşdırma 30-dan çox ölkədə yerləşən laboratoriyaları, o cümlədən Ukraynadakı 40-dan artıq obyekti əhatə edir.

Ekspertin sözlərinə görə, məsələ hüquqi müstəviyə keçərsə və əvvəlki Demokrat administrasiyaları dövründə milyardlarla dolların təhlükəli layihələrə yönəldiyi təsdiqlənərsə, bu, Demokratlar Partiyası üçün ciddi siyasi böhrana səbəb ola bilər.

Rojin qeyd edib ki, Rusiya tərəfi əvvəllər də bu laboratoriyalarla bağlı müxtəlif materiallar təqdim edib və onların təhlükəli xəstəliklərin yayılması riski yaratdığını iddia edib.

Ekspert hesab edir ki, araşdırmanın nəticələri noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində Demokratlar Partiyasının reytinqlərinə mənfi təsir göstərə bilər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş