Hörmüz boğazından təhlükəsiz naviqasiya yalnız İran tərəfindən təyin olunmuş marşrutlar vasitəsilə mümkündür: İİKK

1 Min Read

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından təhlükəsiz naviqasiyanın yalnız İran İslam Respublikası tərəfindən təyin olunmuş marşrutlar vasitəsilə mümkün olduğunu açıqlayıb. Trend-in İranın Mehr xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri məlumat verib.

İİKK Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, bəzi rəsmilər İrana məlumat vermədən və ya onunla koordinasiya etmədən Hörmüz boğazında yeni bir gəmiçilik marşrutu elan ediblər ki, bu da qəbuledilməz və son dərəcə təhlükəlidir.

Bəyanatda vurğulanır ki, Hörmüz boğazından tranzit üçün yeganə icazə verilən marşrutlar İran tərəfindən rəsmi olaraq təyin olunmuş marşrutlardır.

Mesajda bu marşrutlardan kənarda naviqasiyanın qadağan edildiyi və ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edilir, həmçinin bütün gəmilərin elan edilmiş dəhlizlərdən kənarda hər hansı tranzitdən çəkinməyə çağırılır.

İİKK Hərbi Dəniz Qüvvələri həmçinin Hörmüz boğazından keçmək istəyən gəmilər üçün 16-cı Kanaldakı dəniz qüvvələri ilə koordinasiyanın məcburi olduğunu açıqlayıb və qaydaları pozan hər hansı bir gəminin məcburi tədbirlərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş