Avstraliyanın Baş naziri Entoni Albanese yumoristik bir podkastda avstraliyalı müğənni Kayli Minoqla “evlənmək, görüşmək və seks etmək” istədiyini söylədikdən sonra üzr istəyib.
Komediya podkastı Bush Deep-də çıxışı zamanı aparıcı baş nazirə məşhur bir oyun oynamağı təklif etdi. Bu oyunda o, “hansı məşhurla cinsi əlaqədə olacağını, evlənəcəyini və görüşəcəyini” seçməli idi. Seçimlər arasında Kayli Minoq, Nikol Kidman və Ronda Birçmor da var idi.
Əvvəlcə Albanese cavab verməkdən yayınmağa çalışdı və cəmi altı aydır evli olduğunu xatırlatdı. Lakin aparıcının israrlı suallarından sonra o, “Əlbəttə, Kayli” cavabını verdi və sonra “hər üç məsələdə” Minoqu seçəcəyini əlavə etdi.
Bazar ertəsi günü Baş Nazirin Ofisi Albanesenin üzr istədiyi bir açıqlama yaydı.
Baş nazir açıqlamasında bildirib: “Bu şərhlərə görə qeyd-şərtsiz üzr istəyirəm”.
Britaniyanın “Guardian” qəzetinin qeyd etdiyi kimi, Baş nazirin açıqlamaları Avstraliya mediasında və sosial şəbəkələrdə tənqid dalğasına səbəb olub.
![]()

