Çin Lideri Si Cinpin ABŞ-a rəsmi səfərə gəlib: Tramp qonağı şəxsən hava limanında qarşılayıb

1 Min Read
Çin Xalq Respublikasının Sədri Si Cinpin və xanımı Pen Liyuanı daşıyan təyyarə Vaşinqton yaxınlığındakı Endryus aviabazasına enib. Bu, Çin liderinin son 10 ildə ABŞ-a ilk rəsmi dövlət səfəridir. ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp protokoldan kənara çıxaraq Çin dövlət başçısını şəxsən hava limanında qırmızı xalça ilə qarşılayıblar.
Səfər çərçivəsində ABŞ Maliyyə Naziri Skott Bessent iki ölkə arasında davam edən ticarət müharibəsindəki “atəşkəs” müddətinin daha iki ay — 2027-ci il yanvarın 10-na qədər uzadıldığını elan edib. Razılaşmaya qarşılıqlı bəzi tariflərin və nadir torpaq metallarına qoyulan məhdudiyyətlərin dondurulması daxildir.
Ağ Evdə 479 hərbçinin iştirakı ilə təntənəli qarşılama mərasimi və rəsmi dövlət ziyafəti nəzərdə tutulub. Liderlərin danışıqlar zamanı ticarət sazişi, Tayvan məsələsi, İran ətrafındakı vəziyyət və süni intellekt texnologiyalarına nezərət kimi kritik mövzuları müzakirə edəcəyi gözlənilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş