ABŞ Anlaşma Memorandumunu ciddi şəkildə pozub: İranın Hörmüz boğazındakı qaydaları pozulub, yeni zərbələr endirməklə bağlı daimi təhdidlər davam edib, neft sanksiyaları yenidən tətbiq edilib, İranın cənubuna hücumlar həyata keçirilib və sionist təcavüzü davam edib. Bu barədə İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial mediada yazıb .
“Qorxutma və şantaj dövrü bitdi. Bu cür hərəkətlər heç bir nəticə verməyəcək. Biz təslim olmayacağıq”, – deyə o qeyd edib.
İzmedia.az
![]()

