izmedia.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Kubanın sabiq lideri Raul Kastro və daha beş kubalı hərbi pilot barəsində cinayət ittihamı irəli sürüb.
Məlumata görə, onlar 1996-cı ildə amerikalı mühacirlərə məxsus iki təyyarənin vurulması ilə bağlı ABŞ vətəndaşlarının qətli məqsədilə sui-qəsddə ittiham olunurlar.
İstintaqın versiyasına əsasən, həmin dövrdə Kubanın müdafiə naziri olan Raul Kastro təyyarələrin vurulması əmrini verib. Hadisə nəticəsində bir neçə ABŞ vətəndaşı həlak olmuşdu.
ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında Vaşinqtonun Kuba ilə münasibətlərdə gərginliyi artırmaq niyyətində olmadığını bildirib.
Kuba hakimiyyəti isə ittihamları “siyasi təxribat” adlandıraraq rədd edib. Kuba lideri Migel Dias-Kanel bəyan edib ki, ABŞ-ın addımları hüquqi deyil, siyasi məqsədlər daşıyır.
Rəsmi Havana həmçinin bildirib ki, 1994–1996-cı illərdə Kuba hava məkanının dəfələrlə pozulması ilə bağlı ABŞ tərəfinə çoxsaylı şikayətlər təqdim olunub.
![]()
