Netanyahu Trampla İranla bağlı əsas məsələlərdə razılığa gəldiyini bildirib

1 Min Read

İsrailin Baş naziri Benyamin Netanyahu CNN-ə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampla İran məsələsində bəzi fikir ayrılıqlarına baxmayaraq, tərəflərin əsas aspektlər üzrə ortaq mövqeyə gəldiyini bildirib.

Netanyahu qeyd edib ki, Vaşinqton və Tehran arasında müvəqqəti sülh sazişinin imzalanmasından sonra hadisələrin necə inkişaf edəcəyi barədə danışmaq hələ tezdir.

“Prezident İranın nüvə proqramını dayandıra biləcəyinə inanır”, – deyə İsrailin baş naziri bildirib və şəxsən buna şübhə ilə yanaşdığını əlavə edib.

Netanyahu vurğuladı ki, “Əsas məsələlərdə biz eyni düşünürük və bəzən fikirlərimiz fərqli olur, amma biz əsl müttəfiq olaraq qalırıq”.

ABŞ-ın Türkiyəyə beşinci nəsil F-35 qırıcı təyyarələrinin satılması ehtimalını şərh edən İsrail Baş naziri belə bir addımın Yaxın Şərqdə güc balansını “məhv edəcəyini” bildirib.

Netanyahu bildirib ki, “Bu, Yaxın Şərqdə güc balansını pozacaq, çünki mənim fikrimcə, Türkiyənin aqressiv ambisiyaları var”.

“Ona bu cür güc verdiyiniz zaman dərhal təcavüzkarlıq yaranacaq”, – deyə o əlavə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş