Volkswagen model çeşidini 50 faiz azaldacaq

1 Min Read

Almaniyanın avtomobil nəhəngi Volkswagen (VW), ən cəlbedici bazar seqmentlərinə diqqət yetirərək, xərclərə qənaət və yenidənqurma proqramının bir hissəsi olaraq model çeşidini 50 faiz azaldacağını bildirib. Bu barədə şirkətin veb saytında dərc olunmuş açıqlamasında bildirilir.

Konsern həmçinin nəqliyyat vasitələrinin komplektasiya səviyyələrinin sayını 75 faizə qədər əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Bəyanatda deyilir: “İstehsal gücləri bazardakı dəyişən qlobal vəziyyətə və əhəmiyyətli dərəcədə artan rəqabətə uyğun olaraq ildə 9 milyon nəqliyyat vasitəsinə qədər tənzimlənəcək”. Vurğulanıb ki, şirkət “konserni daha dayanıqlı, səmərəli və rəqabətədavamlı edəcək gələcək planla növbəti transformasiya mərhələsinin astanasındadır”.

Cümə axşamı günü VW rəhbərliyi müşahidə şurasına şirkətin böhrandan çıxarılması üçün 12 təşəbbüsü, eləcə də gələcək inkişaf planını əhatə edən qənaət və yenidənqurma tədbirləri paketini təqdim etdi. Daha əvvəl mediada VW rəhbərliyinin 2034-cü ilə qədər 120.000 iş yerini ixtisar etmək və Almaniyadakı dörd zavodu bağlamaq planları barədə məlumat yayılmışdı.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş