Cənubi Koreya, ABŞ və Yaponiya “Freedom Edge” birgə dəniz təlimlərinə başlayıb

1 Min Read
Cənubi Koreya (Koreya Respublikası), ABŞ və Yaponiya Çeju adasının cənub və şərqində yerləşən beynəlxalq sularda “Freedom Edge” adlı üçtərəfli dəniz təlimlərinə start veriblər. “Yonhap” agentliyinin verdiyi məlumata görə, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi bəyanat yayıb.
Beş gün davam edəcək çoxsahəli manevrlər dəniz, hava və kiberməkan daxil olmaqla müxtəlif mühitlərdə keçirilir. Hərbi idarədən bildirilib ki, müttəfiq ölkələr bu təlimlərdən birgə əməliyyat potensialını artırmaq və regional təhlükəsizlik təhdidlərinə qarşı əlaqələndirilmiş cavab vermə imkanlarını təkmilləşdirmək üçün istifadə edəcəklər. Təlimlərə hərbi dəniz qüvvələri ilə yanaşı aviasiya vasitələri də cəlb olunub.
Seul hərbi manevrlərin müdafiə xarakteri daşıdığını və beynəlxalq hüquq normalarına tam uyğun keçirildiyini vurğulayıb. Cənubi Koreya tərəfi cəlb olunan hərbi gəmilərin dəqiq adlarını açıqlamasa da, iştirak edən qüvvə və texnikanın miqyasının ötən ilki təlimlərlə eyni səviyyədə olduğunu bildirib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş