Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin məlumatına görə, Avropa Birliyi əhalisinin sayının növbəti bir neçə onillikdə azalmadan əvvəl daha bir neçə il artmağa davam edəcəyi gözlənilir. Hazırda 450,6 milyon olan Aİ əhalisinin 2029-cu ildə 453,3 milyona çatacağı, 1970-ci illərə qayıdaraq 2100-cü ilə qədər 398,8 milyona düşəcəyi gözlənilir.
Eyni zamanda, DW yazır ki, 2024-cü ildə 81,5 il olan orta ömür uzunluğunun 2100-cü ilə qədər qadınlar üçün 90 yaşa, kişilər üçün isə 86 yaşa çatacağı gözlənilir. Bu hesablamalara görə, əgər bu gün 65 və daha yuxarı yaşda olan insanlar Aİ əhalisinin təxminən 20 faizini təşkil edirsə, 2050-ci ilə qədər bu rəqəm üçdə birinə çatacaq.
Alimlərin fikrincə, demoqrafik dəyişikliklərin bəzi nəticələri immiqrasiya yolu ilə azaldıla bilər, lakin bu, qocalmış cəmiyyətin problemlərini tamamilə həll edə bilməz. Avropa Komissarı Dubravka Şuiça “ciddi çətinliklər”, xüsusən də ixtisaslı kadrların çatışmazlığı, büdcəyə, eləcə də qayğı və təhsil sistemlərinə düşən yük barədə məlumat verib.
İzmedia.az
![]()

