Böyük Britaniyanın Həmpsir qraflığının Layminqton şəhərindən olan 65 yaşlı fermer İan Patton növbəti dəfə Ginnesin Rekordlar Kitabına adını yazdırıb. Onun “Bagheera” (“Bagira”) adlandırdığı və təxminən 1296 kiloqram (2856.8 funt) çəkisi olan nəhəng balqabağı Berkşirdə keçirilən “Wargrave Nursery Giant Pumpkin Weigh-off” tədbirində rəsmi olaraq dünyanın ən ağır balqabağı kimi tanınıb.
İan Patton bu nəticə ilə ötən il qardaşı Stüartla birgə yetişdirdiyi 1279 kiloqramlıq (“Muggle”) əvvəlki dünya rekordunu təzələyib. Rekordçu tərəvəzi yetişdirmək üçün fermer hər gün 6 saata yaxın vaxt sərf edib, bəslənmə dövründə isə balqabaq gün ərzində 590 litrəyə yaxın su udub. Məlumata görə, Sauthemptondakı “Sunnyfields” fermasında bir neçə həftə sərgiləndikdən sonra nəhəng balqabaq inək yemi kimi istifadə olunacaq.
İzmedia.az
![]()

