Tramp ABŞ səsvermə sistemlərindəki zəifliklər barədə məlumatları gizlədənlərə cəza verilməsini əmr etdi

1 Min Read

ABŞ prezidenti Donald Tramp, ABŞ-da səsvermə sistemlərindəki zəifliklər barədə məlumatları gizlətməkdə əli olanları cəzalandırmaq üçün müvafiq qurumlara göstəriş verdiyini açıqladı.

O, Ağ Evdəki həmvətənlərinə televiziya ilə müraciətində bildirib: “Bu gün mən ABŞ Milli Kəşfiyyat Xidmətinə, Ədliyyə Nazirliyinə, FTB-yə və Mərkəzi Kəşfiyyat İdarəsinə bu cür vacib məlumatların necə və niyə gizlədildiyini müəyyən etmək üçün araşdırma aparmağı, əlaqəli şəxsləri işdən çıxarmağı və zərurət yarandıqda həmin şəxslərə qarşı cinayət ittihamları irəli sürməyi tapşırıram”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş