Boliviyanın Əmək, Məşğulluq və Sosial Təminat naziri Edqar Morales Mamani ölkədə bir neçə həftədir davam edən hökumət əleyhinə etirazlar fonunda vəziyyətin sabitləşdirilməsi məqsədilə mayın 21-də istefa verdiyini açıqlayıb.
Boliviyanın dövlət xəbər agentliyi ABI-nin yaydığı məlumata görə, Mamani bildirib:
“Buraya ölkəmizdə sülhün bərqərar olması üçün dialoqu təşviq etmək məqsədilə gəlmişəm. Buna görə də, həmkarlar, mən Əmək naziri vəzifəsindən istefa verirəm”.
Agentliyin məlumatına əsasən, Prezident Rodriqo Paz Uilyams Xose Baskop Larutanı ölkənin yeni əmək naziri təyin edib.
İzmedia.az
![]()

