Kremlin sözçüsü: Rusiya Kiyevə silah daşıyan gəmilərə zərbələr endirməyə davam edəcək

1 Min Read

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna rejimi üçün hərbi təchizat daşıyan gəmilərə zərbələr endirməyə davam edəcək.

O, Rusiyanın Odessa limanındakı gəmiyə raket zərbəsi endirməsi ilə bağlı sualı cavablandırarkən bildirib. Yeni Dehlinin məlumatına görə, zərbə nəticəsində dörd Hindistan vətəndaşı həlak olub.

Kreml rəsmisi bildirib ki, “Biz hindistanlı tərəfdaşlarımızla əlaqə saxlayır, mövqeyimizi izah edirik. Ən əsası isə, silahlı qüvvələrimiz Kiyev rejiminin məqsədləri üçün sursat, silah və sair daşınmasında iştirak edən gəmilərə zərbələr endirir və endirməyə davam edəcək”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş