Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropa İttifaqının (Aİ) Rusiyanın enerji ehtiyatlarına çıxış baxımından prioritet siyahısında son sırada yer aldığını bildirib.
İzmedia.az xəbər verir ki, Dmitriyev bu fikirləri “X” sosial şəbəkəsində Vyetnamın Baş naziri Pham Min Çinin Rusiyaya səfəri zamanı BRICS News hesabının paylaşımını şərh edərkən səsləndirib.
O, qısa açıqlamasında “Aİ növbənin sonundadır” ifadəsini işlədib.
Bundan əvvəl Vyetnamın Rusiyadakı səfiri Danq Min Xoy qeyd etmişdi ki, Pham Min Çinin səfəri iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə ticarət, investisiya və enerji istiqamətlərində əməkdaşlığın genişlənməsinə təkan verəcək.
Diplomatın sözlərinə görə, səfər çərçivəsində nüvə elektrik stansiyaları layihələri və enerji əməkdaşlığı ilə bağlı bir sıra mühüm sazişlərin imzalanması gözlənilir.
İzmedia.az
![]()

