Avrasiya İqtisadi İttifaqı (AİB) ilə Monqolustan arasında müvəqqəti ticarət sazişi 22 iyul 2026-cı ildə qüvvəyə minib.
Saziş 27 iyun 2025-ci ildə Minskdə keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası zamanı imzalanıb. Sazişin qüvvəyə minməsi ilə hər iki tərəf üçün 367 tarif altbaşlığı üzrə gömrük rüsumları ləğv ediləcək və ya azaldılacaq.
“22 iyulda Monqolustanla ticarət sazişi qüvvəyə minir. Bu, unikal sənəddir. Sazişə əsasən, gömrük rüsumları ləğv edilir və geniş çeşiddə məhsullar üzrə çoxsaylı digər ticarət asanlaşdırma tədbirləri tətbiq olunur. <…> Əhəmiyyətli olan odur ki, sazişin qüvvəyə minməsindən əvvəlki dövrdə belə, müəssisələr artıq bir-biri ilə fəal şəkildə əlaqə saxlayırlar. İlin əvvəlində, birinci rübdə ticarət üçdə bir artıb. Biz bu əhəmiyyətli marağın səviyyəsini görürük və müəssisələrin əməkdaşlığını genişləndirməyə davam edəcəklərini gözləyirik”, – deyə Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət üzrə məsul naziri Andrey Slepnev bildirib.
AİB-in mətbuat xidməti xatırladıb ki, müqavilə ilkin olaraq üç illik müddətə bağlanıb və əlavə üç illik müddətə avtomatik uzadılma imkanı var.
Bəyanatda deyilir: “İlkin üç illik müddətin bitməsindən bir il ərzində tərəflər prosedurları daha da sadələşdirmək və tərəflər arasında ticarət edilən demək olar ki, bütün mal çeşidi üçün gömrük rüsumlarını və digər məhdudlaşdırıcı qaydaları aradan qaldırmaq məqsədilə sazişi yenidən nəzərdən keçirməyə başlayacaqlar”.
İzmedia.az
![]()

