Pxenyan Vaşinqtonu xəbərdar etdi: “Düşmənçilik siyasətinə ən sərt tədbirlərlə cavab verəcəyik”

1 Min Read
Şimali Koreya (KXDR) ABŞ-ın düşmənçilik siyasətinə qarşı mövqeyinin dəyişməz qaldığını və Vaşinqtonun addımlarına ən kəskin tədbirlərlə cavab verməyə davam edəcəyini bəyan edib.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı xəbərə görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Pxenyanın xarici siyasət xəttində heç bir yumşalma yoxdur: “ABŞ-yə qarşı siyasətimizdə ən kiçik bir dəyişiklik belə yoxdur və bu siyasət Birləşmiş Ştatların dəyişməz düşmənçilik kursuna sona qədər ən sərt tədbirlərlə cavab verməyə yönəlib”.
XİN nümayəndəsi vurğulayıb ki, Amerika rəsmiləri də öz növbəsində “Koreya yarımadasının tam nüvəsizləşdirilməsi” hədəfindən vaz keçmədiklərini nümayiş etdirirlər. Pxenyan, həmçinin ABŞ-ın Şimali Koreyadakı insan hüquqları ilə bağlı tənqidlərini, Amerika tərəfinin kəşfiyyat uçuşlarını və ABŞ, Cənubi Koreya müttəfiqliyi çərçivəsində Yaponiya ilə birgə keçirilməsi planlaşdırılan “Freedom Edge” üçtərəfli hərbi təlimlərini bölgədə gərginliyi artıran əsas amillər kimi göstərib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş