Tramp: Səudiyyə Ərəbistanı ABŞ ilə razılaşmanın bir hissəsi olaraq nüvə materiallarını zənginləşdirməyəcək

1 Min Read

ABŞ prezidenti Donald Tramp ABŞ və Səudiyyə Ərəbistanı arasında qarşıdan gələn nüvə enerjisi müqaviləsinin krallıqda uranın zənginləşdirilməsini nəzərdə tutmadığını və hərbi məqsədlər güdmədiyini açıqlayıb.

ABŞ liderinin “Truth Social”da qeyd etdiyi kimi, “ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi ilə bağlı müqavilənin yalnız qeyri-hərbi məqsədləri olacaq”. Tramp əlavə edib ki, “ABŞ mülki nüvə enerjisi qurğularına qarşı deyil”, çünki onlar hərbi ehtiyaclar üçün uranı zənginləşdirmək üçün istifadə olunmur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş