ABŞ məhkəməsi Baydenin səs yazılarının açıqlanmasına qərar verib

1 Min Read

USA Todayin məlumatına görə, ABŞ federal məhkəməsi keçmiş prezident Joe Bidenin 2017-ci il xatirələri ilə bağlı müsahibələrinin səs yazılarının mühafizəkar Heritage Foundation fonduna təqdim edilməsinə qərar verib.

ABŞ rayon hakimi Dabney Friedrich bildirib ki, Baydenin şəxsi məlumatlarının qorunması maraqları ictimaiyyətin məlumat əldə etmək hüququ və hökumətin şəffaflıq öhdəlikləri ilə müqayisədə üstün sayılmayıb.

Qərar Bayden üçün hüquqi geriləmə kimi qiymətləndirilir. Onun vəkilləri apellyasiya prosesi yekunlaşana qədər qərarın icrasının dayandırılması üçün məhkəməyə müraciət ediblər.

Söhbət Baydenin 2017-ci ildə mərhum oğlu Beau Biden haqqında kitab üzərində işləyərkən yazıçı Mark Zwonitzerə verdiyi müsahibələrdən gedir.

Hazırkı ABŞ prezidenti Donald Trump isə daha əvvəl bu qeydlərin açıqlanmasını dəstəklədiyini bildirmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş