Çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib – FOTO

0 Min Read

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ölüb.

İzmedia.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.

O 10 gün paytaxt xəstəxanalarından birində müalicə olsunsa da, bu gün tibb müəssisəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş